lichess.org
Donate

Ankara Prensesleri

4 members

Kinematik özlülük ilə moment diffuziyası niyə sinonim terminlər kimi işlədilir?
Özlülük maye və qazlarda maye və qazların xarici qüvvələrə qarşı göstərdiyi müqavimətin ölçüsü olaraq dəyərləndirilir. Yəni ki, bir qaz və maye nə qədər özlüdürsə onun hərəkəti üçün daha böyük qüvvə tələb olunur. Özlülük koheziya qüvvələri və molekullar arası interaksiyadan qaynaqlıdır. Belə ki, van-der Waals qüvvələri nəticəsində molekullar arasında cazibə qüvvələri meydana gəlir. Bu da molekulları müxtəlif qəfəs paketlərinin ətrafında toplayır. Bu kimyəvi strukturdan asılı bir dəyərdir. Bəzi mayelərdə molekulyar quruluşdan qaynaqlı olaraq bu cazibə xarakterli qüvvələr daha böyükdür və daha böyük molekul qəfəsləri mövcuddur. Bu da molekulların bir-birinə nəzərən nisbi hərəkətlərinin qarşısını alır. Maqnit kimi (molekullar arasındakı rabitələ elektromaqnit təbiətlidir onsuz) bir molekulun digərinə nəzərən nisbi hərəkət etməsinin qarşısını alır. Nisbi hərəkət üçün molekulun kinetik enerjisi cazibə potensial enerjisindən çox olmalıdır. Bunun nəticəsində nisbi yerdəyişmə meydana gəlir. Van-der Waals qüvvələrinin böyüklüyü moment diffuziyasına da təsir edir. Fərz edək ki, mayemiz düz bir lövhədən laminar, sıxışdırılmaz axır. Bu zaman divar adheziya qüvvələrinin nəticəsi olaraq mayeni özünə cəzb edir və maye divara yapışır. Bu mayedə enerjinin alt qisimdə azalmasına səbəb olur. Divar molekulları və maye molekulları arasında enerji transferi gedir. Bunun bir qismi sürtünmə ilə istilik şəklində atılır. Nəticə olaraq maye molekulları dayanır və divarın cazibəsinə qapılır. Bu azalma momentin diffuziyasına səbəbiyyət verir. Belə ki, üstdən gələn molekul yığınları momentinin bir qismini durqun molekullara transfer edir. Bunun nəticəsində molekulların enerjisi düşür. Momentləri azalır. Ancaq yuxarıdakı molekullar bu dəfə yavaşlayan molekullara momentlərini transfer etmiş olur və bu molekullar arasındakı enerji fərqləri azalana qədər davam edir.
Belə ki, moment molekulların kinetik hərəkətinə görə transfer edilmiş olur.
Molekul nə qədər özlü olursa moment o qədər böyük məsafədə maye daxilində transfer edilmiş olur