lichess.org
Donate

Zefer turniri

33 members

24 dekabr Roma vaxtıyla 12.00- da canlı yayın vasitəsiylə püşkatma keçiriləcək.
Püşkatmanın nəticəsindən asılı olaraq birbaşa turnirin cədvəli tərtib olunub AİGA nın rəsmi FACEBOOK və İnstagram səhifəsində paylaşılacaqdır.

Turnir cədvəli 1/16, 1/8, 1/4, yarımfinal və Finaldan ibarət olacaq.

Final və yarımfinal xaric, bütün oyunlar 1 dəfə oynanılacaq. Oyunlar zamanı iştirakçıların partiya üçün nəzərdə tutulmuş 15 dəqiqə və hər gediş üçün 10 saniyə əlavə olunan vaxtları olacaqdır (15+10).

Final və yarımfinal oyunu 2 dəfə keçiriləcək, iştirakçılar ağlar və qaralarla oynayandan ( 15+10) sonra hesab bərabər olsa, qalibi müəyyən etmək üçün oyun "Blitz" formatında (3+2) son oyun turun qalibini seçəcək.

Partiyalar zamanı hərkəs paralel olaraq ZOOM proqramı vasitəsiylə görüntülü əlaqədə olacaq. İştirakçıların şahmat oynayacaqları cihazla zoom a qoşulduqları cihaz eyni olmamalıdır. İştirakçının şahmat oynayacağı cihazın ekranının sadəcə ozünün görəcəyi şəkildə yerləşdirməyi vacibdir. Yəni kamera yetəri qədər uzaqlıqda olmalıdır və stabil yerləşdirilməlidir. Oyunların başlamağına 5 dəqiqə qalmış hərkəs mikrofonunu söndürəcək.

Oyunlar online olaraq hakimlər tərəfindən izləniləcək.

1-ci yerin sahibinə pul mükafatı təqdim olunacaqdır.

Oyunlar zamanı hər hansısa köməklikdən istifadə etdiyi tərəfimizdən aşkar olunan, Turnirin qaydalarına əməl etməyən iştirakçı diskolifikasiya olunacaq.

Tarixlər
1/16 25 dekabr Roma vaxtıyla 11:00
1/8 25 dekabr Roma vaxtıyla 12:00
1/4 25 dekabr Roma vaxtıyla 14:00
Yarımfinal 1 - 26 Dekabr RM 12:00
Yarımfinal 2 - 26 Dekabr RM 13:00
Yarimfinal 3 - 26 Dekabr RM 14:00
Yarimfinal 4 - 26 Dekabr RM 15:00
Final 1 - 26 Dekabr RM 17:00
Final 2 - 26 Dekabr RM 17:45